20 Yanvar 2021 07:37

Rusiyada erməni tələbələrin Azərbaycana qarşı təxribatı – VİDEO

Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində kafelərdən birində olan Azərbaycan bayrağının təhrif edilməsinə həmyerlilərimiz müdaxilə ediblər.

Turkustan.info “Xəzər” TV-yə istinadən xəbər verir ki, bütün ölkələrin bayraqlarının olduğu kafedə Azərbaycan bayrağı təhrif edilib.

Kafedə işləyənlər təxribatı törədənlərin erməni tələbələr olduğunu bildiriblər.

Həmyerlilərimiz bayraqda aypara və ulduzu bağlayan yapışqanı qoparıb, bayrağı düzgün vəziyyətə qaytarıblar. Obyekt sahiblərinə bunun təkrar olunmaması üçün xəbərdarlıq ediblər. 

Onlar bundan sonra həmin kafeni nəzarətdə saxlayacaqlarını, belə faktın təkrarlanacağı halda hüquq-mühafizə orqanlarına məlumat verəcəklərini bildiriblər.

İki gün əvvəl Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində çəkilən həmin görüntüləri təqdim edirik. Bayraqda düzəlişi edən isə həmyerlimiz Aysel Hüseynovadır. 

 

Paylaş: