27 Yanvar 2021 07:30

Soçi blokadada: Ətraf aləmlə əlaqə kəsildi – Video

Rusiyanın Krasnodar vilayətində güclü leysandan sonra bir neçə yaşayış məntəqəsi su altında qalıb.

Turkustan.info xəbər verir ki, Soçi şəhərində sel ucbatından federal şosedə və dəmiryollarında hərəkət dayandırılıb.

Tuapse rayonunda isə leysanlar ubcbatından 2 nəfər həlak olub, bir nəfər itkin düşüb.

Yağışlar nəticəsində Tuapse rayonunda 1240, Apşeronsk rayonunda isə 714 ev su altında qalıb. Ümumilikdə hər iki rayondan 360 nəfər evakuasiya edilib. Vilayətdə yağışların fəsadlarının aradan qaldırılması işinə 350 hərbçi cəlb olunub.

***

Güclü leysandan sonra şəhər blokadaya düşüb.

Yağıntı şəhərdə və ətraf rayonlarda həyatı iflic edib.

Soçidə, Тuapse və Apşeronsk rayonlarında fövqəladə vəziyyət elan edilib. Ümumilikdə 1662 ev qazsız, 2720 ev isə elektrik enerjisiz qalıb.

Paylaş: