Bz. Avq 25th, 2019

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri ADAU da olub

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində olub.  Ölkənin yeganə aqrar təhsil müəssisənin maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin qoşalaşdırılması  imkan verib ki, bu günün kadr bazarı üçün  daha səviyyəli mütəxəssis hazırlığı həyata keçirilsin.  Bu səbəbdən də təhsil müəssisəsinə, burda olan şəraitlə tanışlığa maraq həddən artıq çoxalıb.

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri  də təhsillərinin davamlığı məqsədilə bu səfəri çərçivəsində Universitetlə tam tanış ola bilib. Tanışlıq zamanı kollecin tələbələri universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, adlı auditoriyalar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, istixanalar, tələbə evləri, bildirçin bəsləmə mərkəzi, maşın-traktor parkı, heyvandarlıq kompleksi haqqında ətraflı məlumatlar verilib.

Tələbələr anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir tələbənin diqqətini çəkib, onlarda xoş təəssüratlar yaradıb.

Paylaş: