Bakı sakinini kafedə döyüb öldürdülər
Paytaxtın Xətai rayonunda Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.
Turkustan.info-nun xəbərinə görə, hadisə oktyabrın 10-da M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib.
E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. /oxu.az/