Ca. Okt 24th, 2019

Nikol Paşinyanın davranışları Moskvada əsəbləri tarıma çəkməyə başlayıb

Dövlət Dumasının üzvü: “Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur”

“Ermənistanda hazırda qeyri-sabitlik hökm sürür. Biz özümüz də Rusiyada yeni Ermənistan rəhbərliyindən nəyi gözləməli olduğumuzu anlaya bilmirik”.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib. “Ermənistanda baş verənlər siyasi xaosa bənzəyir. Bu cür şəraitdə siyasi trendləri necə müəyyən etmək olar?” – deyə o, sual edib.

Rusiyalı deputat bildirib ki, Nikol Paşinyan Ermənistanda əsas vəzifələrə Qərbə yönələn şəxsləri təyin edir: “Paşinyanın hərəkətlərində xeyli populizm var. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yolla həll etmək lazımdır. Lakin biz yaxşı anlayırıq ki, Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur”.     /sputnik.az/

Paylaş: