Şb. Sen 21st, 2019

“Tenderlər kralı”na həbs yolu göründü – Ramiz Hacıyevi bitirən səbəblər

Bakı şəhər İcra Hakimiyyətində milyonlarla manat vəsaiti silən Ramazan Mirzəyevin şirkəti ilə bağlı araşdırmalara başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında paytaxt rayonlarında qanunsuz tikililərin baş verməsi və ağacların kəsilməsi ilə bağlı sərt xəbərdarlıq etdi. Prezidentin məlum xəbərdarlığından sonra Bakı şəhər İcra Hakimiyyətində Eldar Əzizovun rəhbərliyi ilə yaradılan komisiya qanunsuz tikintilərə icazə verən məmurlara qarşı sərt tədbirlər gördü. Həmin tədbirlər çərçivəsində paytaxt rayonlarının icra hakimiyyətində bir neçə yüksək vəzifəli şəxs həbs edildi.

Turkustan.info Vətəninfo.az-a istinadən bildirir ki, Bakı şəhər İcra Hakimiyyətindən daxil olan məlumata görə Eldar Əzizovun faktiki paytaxt meri vəzifəsini icra etməsi və meriyada apardığı islahatlar, yoxlamalar bəzi şəxslərin canına qorxu salıb.

Bildirilir ki, Eldar Əzizov qanunsuz tikintilərlə bağlı yaratdığı komissiya ilə bərabər Bakı şəhər İcra Hakimiyyətində illərlə dövlətin milyonlarını mənimsəyən şirkətlərin işlərinin araşdırılması üçün daha bir komissiya yaradılıb. Məhz bu komissiyanın qısa müddət ərzində ortaya çıxartdığı bir çox ilginc faktlar sabiq mer Hacıbala Abutalıbovla bərabər illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərini həyata keçirən şirkət rəhbərlərindən birini çətin vəziyyətə salıb.

Etibarlı mənbənin Vətəninfo.az-a verdiyi məlumatda qeyd edilir ki, Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətindəki korrupsiya faktlarının araşdırılması üçün yaratdığı komissiyanın çətin vəziyyətə saldığı şirkət rəhbəri ölkədə adı “tender kral”ı kimi tanınan, “Məmmədoğulları” MMC -nin sahibi, iş adamı Ramazan Mirzəyevdir. Məlumata görə, korrupsiya komissiyasının araşdırmaları nəticəsində məlum olub ki, “Məmmədoğulları” MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanan ikitərəfli əməkdaşlıq müqavilələri altında dövlətin milyonlarla manat vəsaitləri mənimsənilib. Ölkə mətbuatında illərdir yazılan məlumatlarda qeyd edilirdi ki, “2009-2017-ci illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə bir neçə yüz milyon manat vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Ramazan Mirzəyevin böyük payı olub.

Məlumatda vurğulanır ki, “Məmmədoğulları” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması və s. işlərdə milyonlarla manat vəaitlərin mənimsənilməsi aşkarlanıb. Təkcə bu maliyyə maxinasiyaları ölkə rəhbərliyinə məruzə edilərsə, sabiq mer Hacıbala Abutalıbovun yaxın ətrafı və “Məmmədoğulları” MMC sahibi Ramazan Mirzəyev həbs oluna bilər. Məlumatda qeyd edilir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətindəki korrupsiya komissiyası Eldar Əzizovun tapşırığı ilə Ramazan Mirzəyevə məxsus “Məmmədoğulları” MMC – nin digər maliyyə maxinasiyalarını araşıdrmaqla məşğuldur. Həmin maxinasiyalar isə paytaxt meriyasının balansında olan idarə və təşkilatların inzibati binalarının, parkların, səkilərin, təmirində istifadə edilən materialların əksəriyyətinin “Məmmədoğulları”MMC-dən alınmasıdır. Həmin materialların qiymətləri qara bazarda ucuz olmasına baxmayaraq, “Məmmədoğulları”MMC tərəfindən dövlətə dəyərindən bir neçə dəfə baha satılıb.

Bildirək ki, Bakı meriyasının “pulyuyan maşını” və “tender kralı” Ramazan Mirzəyev həm də Rabitə Nazirliyinin sabiq aparat rəhbəri, hazırda dövlət əmlakını mənimsədiyinə görə həbsdə olan Vidadi Zeynalovun yaxın dostu və şəriklərindən biridir.

Ramazan Mirzəyevin digər şərikləri isə adları uzun müddət meriyada müxtəlif maliyyə maxinasiyalarında hallanan Rəfael Mehrəliyevlə Vidadi Əliyevdir. Xatırladaq ki, Rəfael Mehrəliyev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi, Vidadi Əliyev isə həmin qurumun şöbə müdiri vəzifəsində işləyir. Bir müddət öncə mətbuatda Ramazan Mirzəyevlə Rəfael Mehrəliyevin tender əməliyyatlarından qazandıqları 100 milyonlarla manat pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa etməsi ilə bağlı məlumatlar yayılmışdı. Həmin zavoda Ramazan Mizəyevin Türkiyədə yaşayan oğlu Nicat Mirzəyevin rəhbərlik etdiyi deyilir.

Bəs, “Makler” Hacı Ramiz Hacıyev kimdir?

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Tepartamentinin rəisi Hacı Ramiz Hacıyev paytaxt meriyasında və iş adamalrı arasında öz ləqəbi ilə tanınıb. Onun sabiq mer Hacıbala Abutalıbovun yaxın qohumu və adamı olduğunu bilməyən qalmayıb. Bu o Hacı Ramiz Hacıyevdir ki, özünün “Makler”liyi ilə ad çıxarıb. Torpaqların satılması, icarəyə verilməsi və s. işlərdə davamlı adı hallanıb. “Makler” Hacı Ramiz Hacıyev bu günlərdə BŞİH-i başçısının müavini, eyni zamanda BŞİH-nin başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən vəzifəsindən azad edilərək şəhər meriyasından qovulub. Onun vəzifədən azad edilərək qovulması deyil, rəhbərlik etdiyi sahədə yoxlamalar aparıb,haqqında cinayət işi açılması daha yaxşı olardı. Çünki Bakı meriyası bu “makler”in hansı əməllərin sahibi olduğun bilməyən yoxdur. Bu gün Bakı meriyasının köhnə işçilərin bir-bir dinləsən bu “Makler” Hacı Raiz Hacıyevlə bağlı yüzlərlə faktı danışar. “Makler” Hacı Ramiz Hacıyevin bu gün əldə etdiyi milyonlar məhz o soyğunçuluqların sayəsində yaranıb. Bunu isə ona bağışlamaq düzgün deyil.

Qarşı tərəfin mövqeyini yayınlamağa hazırıq.

Paylaş: