Şb. Sen 21st, 2019

ABŞ Paşinyandan siyasi borcunu ödəməsini istəyir

“ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistandakı bəyanatı Paşinyana ünvanlanmış çağırışdır. Paşinyan ona verilmiş siyasi dəstəyə görə konkret addımları ilə ABŞ-a borcunu ödəməlidir”.

Turkustan.info-nun məlumatına görə, Rusiyanın “REGNUM” informasiya agentliyinin baş redaktoru, Rusiyanın birinci dərəcəli dövlət müşaviri Modest Kolerov Con Boltonun Ermənistanda verdiyi açıqlamaları belə şərh edib:

“ABŞ Paşinyana siyasi cəhətdən kömək etdi. İndi isə Paşinyan əməli hərəkətləri ilə onu ödəməlidir. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin  inkişafında Amerikanın təşəbbüslərini irəli sürsün”. 

Onun sözlərinə görə, Nikol Paşinyan ABŞ qarşısında  borclu olduğunu və bunu qaytarmalı olduğunu anlayır: 

“Əgər hər şey belə davam etsə, əvvəlki sxemlə Qarabağ münaqişəsinin nizamlanmasının mümkünsüzlüyü məsələsi daha da artacaq. N.Paşinyan nə isə etməyə məcbur olacaq. Bu onun üçün ilk ciddi problemdir”, – Kolerov belə deyib.

Rusiyaya gəlincə, ekspert bildirib ki, Moskva müdaxilə etməyəcək və hadisələrin gedişini izləməli olacaq.  

M.Kolerov qeyd edib ki, Rusiya Paşinyanla hərbi sahədə kifayət qədər dialoqa malikdir.    /Cebhe.info/

Paylaş: