25 Yanvar 2021 22:01

Qənirə Paşayeva Əliyev və Ərdoğanın mühüm layihəsindən danışdı – FOTO

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Tokat bələdiyyə başqanı Əyyub Əroğlu ilə görüşüb.

Turkustan.info xəbər verir ki, görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bələdiyyə başqanı Azərbaycanı AXC-nin 100-cü ildönümü münasibətilə təbrik edib:

“Azərbaycan üçün əlamətdar olan bir günün Türkiyədə də qeyd edilməsi borcumuzdur”.

Görüş zamanı millət vəkili Qənirə Paşayevanın Tokat vilayətində Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifi bələdiyyə başqanı tərəfindən müsbət qarşılanıb.

Q.Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinin vacibliyinə də diqqət çəkib.

Ə.Əroğlu qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımların atılacağını, Türkiyənin hər zaman qardaşı Azərbaycanın yanında olacağını qeyd edib.

Q.Paşayeva görüşdə bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyənin İzmir şəhərində açılışı olan “Star” neft emalı zavodundan da danışıb.

O bildirib ki, Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz Türkiyəyə qoyması iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir.  /Axar.az/

Paylaş: