Ça. Yan 28th, 2020

Ramil Usubov yeni rəis təyin etdi

Məlum olduğu kimi Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sabir Abdullayev vəzifəsindən azad olunmuşdu.

Turkustan.info saytı Avtosfer.az-a istinadən xəbər verir ki, artıq Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Belə ki, bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib.

Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi.

Paylaş: