Şb. Sen 21st, 2019

Trampdan əhaliyə XƏBƏRDARLIQ: “Evdən çölə çıxmayın!”

ABŞ prezidenti Donald Tramp naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir.

Turkustan.info  TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. “Squirrel Hill” ərazisində yaşayan insanlar evdən bayıra çıxmamalıdırlar. Görünür söhbət bir neçə nəfərin ölməsindən gedir, atəş açan şəxsdən özünüzü qoruyun”, – deyə Tramp yazıb.

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.  /Publika.az/

Paylaş: