Şb. Sen 21st, 2019

Ucuz yarmarkalar fəaliyyətə başladı – SİYAHI

Xəbər verdiyimiz kimi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün paytaxt rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb.

Turkustan.info bildirir ki, nununla bağlı Cebhe.info-ya danışan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli deyib ki, Bakıda, Sumqayıtda, eləcə də digər şəhər və rayonlarda bu yarmarkalar olsa da, qiymətlərin süni artımının qarşısını almaq, bazarı tənzimləmək üçün bu yarmarkalara ehtiyac var:

“Cəmiyyətimiz bu həftədən etibarən bu gün Yasamal rayonunda bu yarmarkanın açılışını etdi. Daha sonra isə paytaxtın digər bölgələrində bu yarmarkaların açılmasına başlanılacaq. Bu yarmarkanın açılmasında əsas 2 mühüm məqsəd var. Bilirsiniz ki, bir çox kənd təsərrüfatı məhsulları əksər regionlarımızda bu il həddən artıq, tələbatdan çox istehsal edilib. İlk olaraq bu yarmarka həmin məhsulların buraya tədarük olunaraq, realizə edilməsi, kiçik-orta sahibkarların iqtisadi fəaliyyətinin təmininin həyata keçirilməsini, ikinci mühüm məqsəd isə cəmiyyətin əsas istehlakçı təbəqəsi olan aztəminatlı ailələrə ucuz, əlçatan məhsulların təqdim olunmasıdır”.

N.Nəsirli bildirib ki, istənilən məhsulu olan istehsalçı “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıq edə bilər:

“Qaynar xəttimizə (1659) iş günlərində zəng edib, məhsulları barədə bildirməklə, biz həmin məhsulları alıb, yarmarkalara gətirə bilərik”.

Qeyd edək ki, ilk yarmarka bu gün saat 10:00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) fəaliyyətə başlayıb.

Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər isə bazarlardakından 20 faiz ucuz olacaq.

Paylaş: