20 Yanvar 2021 07:01

Zaurun vəziyyəti pisləşdi: Xoşqədəmə söz atdı

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində hipertonik kriz keçirib.

Turkustan.info xəbər verir ki, bu barədə aparıcı “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında özü məlumat verib. O bildirib ki, hadisə 2 gün əvvəl “Bizimləsən”in çəkilişlərində baş verib.

“Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim”, – deyərək Z.Baxşəliyev reytinq naminə efirdə huşunu itirən həmkarlarına söz atıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində halı pisləşmişdi.  /Publika.az/

Paylaş: