24 Yanvar 2021 04:24

Gürcüstanda ilk qadın prezident: Salome Zurabişvili liderdir

Gürcüstanda prezident seçkiləri ilə bağlı səslərin sayılması davam edir. Turkustan.info xəbər verir ki, Seçkilərin ilkin nəticəsinə görə, seçicilərin daha çox səsini alan müstəqil namizəd Salome Zurabişvilidir.

“Exit-pol”un nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 52,3 faiz səsini toplayıb. İkinci yerdə 28,1 faiz səslə Qriqol Vaşadze, üçüncü yerdə isə 9,2 faiz səslə David Bakradzedir.

Qeyd edək ki, Salome Zurabişvili prezident seçilərsə, Cənbi Qafqazda ilk xanım dövlət başçısı olacaq.   /Modern.az/

Paylaş: