Şb. Sen 21st, 2019

Gürcüstanda prezident seçkiləri keçirilir

Bu gün Gürcüstan Respublikasında  prezident seçkiləri keçirilir.

Turkustan.info xəbər verir ki, səsverməyə yerli vaxtla saat 8:00-da start verilib. 

Prezidentlik uğrunda 25 namizəd mübarizə aparır. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb. İki nəfər seçki marafonunda mübarizəni dayandırıb. 

Ekspertlərin fikrincə, seçkidə əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və AvropaGürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.
Qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımız da bu seçkilərdə fəal iştirak edir.
Seçki ilə əlaqədar 3730 seçki məntəqəsi yaradılıb. Onlardan 55-xarici ölkələrdə yerləşir. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Xaricdə 14 min 795 seçici qeydiyyata alınıb. Seçki bülletenləri gürcü, Azərbaycan və erməni dillərində çap olunub.

Qeyd edək ki, Gürcüstanda prezident 6 il müddətinə seçiləcək.  /Cebhe.info/

Paylaş: