Bz. Avq 25th, 2019

İstanbul zirvəsi Əsədin sonuna çevrildi? – Rusiyadan gözlənilməz Suriya qərarı

Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən zirvə toplantısından sonra Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi həyatındakı gələcəyinə toxunub.

Turkustan.info xəbər verir ki, Əsədin taleyi haqqında suala Rusiya lideri, “Əlbəttə ki, hər hansı bir şəxsi müzakirə etməmişik. Biz sadəcə yolun sonunda Suriya xalqına və suverenliyinə müsbət nəticələr axtararıq” şəklində cavab verib.

Rusiya prezidenti, “Suriyalılar öz ölkələrinin gələcəyini, o cümlədən siyasi elitasını özləri seçməlidir” – deyə əlavə edib.

Putinin sözlərinə görə, konstitusiya komitəsi qurulursa onun əsas məqsədlərindən biri sözügedən seçimlər ətrafında siyasi prosesi başlatmaqdır.

“Bizim bugün tək məqsədimiz budur” – deyə Putin davam edib.

Rusiya lideri, zirvə toplantısında Rusiya, Almaniya, Fransa və Türkiyə liderlərinin, Suriya münaqişəsinin siyasi və diplomatik səylərlə həll edilə biləcəyini barəsində ortaq fikirdə olduğunu diqqətə çatdırıb.

O, eyni zamanda Suriya ərazisinin böyük qisminin silahlı qruplaşmalardan təmizləndiyini və ölkənin sülh şəraitinə keçid prosesində olduğunu söyləyib.  /yenicag.az/

Paylaş: