Ça. Okt 22nd, 2019

İstanbulda görüşən liderlərdən YEKUN BƏYANNAMƏ

Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Suriya mövzusunda dördtərəfli zirvə görüşü keçirilib.
Turkustan.info xəbər verir ki, liderlər tarixi zirvədən sonra bəyannamə ilə çıxış ediblər. Bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər.
Sammitdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində atılması vacib olan addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması, ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Suriyada konstitusiya komitəsinin formalaşdırılması işini başa çatdırmağa çağırıb.
Bundan sonra birgə mətbuat konfransı keçirib. Onlar Suriyada davamlı bir həll yolu üçün demokratik seçkilərin keçirilməsi məsələsində həmfikir qalıblar. 
Ərdoğan açıqlamasında deyib: “Hədəfimiz axan qanın bir an əvvəl dayandırılmasıdır. Beynəlxalq aləm məsələyə kifayət qədər sahib çıxmayıb”.  /BakuPost/

Paylaş: