Ça. Okt 22nd, 2019

Rus zabitin maşını Ermənistanda yandırıldı

Ermənistanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı ilə bağlı materiallar hazırlanır.

Turkustan.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Şirakın prokuroru Karen Qabrielyan bildirib.

Məlumata əsasən, naməlum şəxslər Rusiyaya məxsus 102-ci hərbi bazanın hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun avtomobilini yandırıblar.

“Hələ ki, cinayət işi açılmayıb, materiallar toplanır. Bunun əsasında müvafiq prosesual qərar qəbul olunacaq”, – prokuror deyib.

O qeyd edib ki, “Nissan Teana” avtomobilinin yandırılması barədə polisə zərərçəkən özü məlumat verib.

Paylaş: