Be. Okt 21st, 2019

Azərbaycanda terrorçuluğa çağırış edən şəxs HƏBS EDİLDİ

Azərbaycanda terrorçuluğa çağırış edən şəxs həbs olunub.
Turkustan.info Open.az-a istinadən xəbər verir ki, Səbuhi Hafiz oğlu Qasımov Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə təqsirli bilinir.
S. Qasımov bu ilin iyulunda Gəncədə baş verən terror hadisəsindən sonra sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə axtarışa verilib və bir müddət sonra tutularaq istintaqa cəlb edilib.
Onun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması aidiyyəti üzrə məhkəməyə göndərilib.

Paylaş: