Be. Okt 21st, 2019

Türkiyə Lotu Qulini Rusiyaya verir? – İnterpol işə qarışır

Rusiya hazırda Türkiyədə olan azərbaycanlı “qanuni oğru” Lotu Qulinin almaq istəyir. 

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Mətbuat yazır ki, artıq Rusiya DİN İnterpolun mərkəzi bürosuna azərbaycanlı Nadir Səlifovun bu ölkəyə təhvil verilməsiylə bağlı ikinci müraciəti göndərib.

Mənbə bildirib ki, Lotu Quli 2018-ci ilin oktyabrın əvvəlində saxlanılıb, ancaq sonra sərbəst buraxılıb. Artıq Rusiya DİN Səlifovun beynəlxalq axtarışda olmasına dair sənədləri İnterpola təqdim edib.

Məktub 25 oktyabrda göndərilib və bu günlərdə ona cavab gözlənilir. “İlluziya yaratmaq lazım deyil. Türkiyə Nadir Səlifovu esktradisiya etməyə ancaq o zaman razılıq verəcək ki, o, dəhşətli bir şey törətmiş olsun”,- deyə mənbə bildirib. 

Lotu Quli Rusiyada adam oğurluğu və çirkli pulların yuyulmasında ittiham edilir.   /Cebhe.info/

Paylaş: