Bz. Dek 15th, 2019

Türkiyədə dünyanın ən böyük hava limanının açılışı olub – Fotolar

İstanbulda yeni hava limanının açılış mərasimi keçirilib.

Dünyanın ən böyük hava limanının açılışında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Albaniya Prezidenti İlir Meta, Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Kosova Prezidenti Haşim Taçi, Şimali Kipr Prezidenti Mustafa Akıncı, Makedoniya Prezidenti Georgi İvanov, Moldova Prezidenti İqor Dodon, Pakistan Prezidenti Arif Alvi, Serbiya Prezidenti Aleksandr Vuçiç, Sudan Prezidenti Ömər Həsən əl Bəşir, Bosniya-Hersoqovina Baş naziri Denis Zvizdiç, Bolqarıstan Baş naziri Boyko Borisov, İran Xarici İşlər naziri Cavad Zərif və digərləri iştirak edir.

Açılış mərasimində 6 mindən çox qonaq var.

  

 

Paylaş: