Şb. Sen 21st, 2019

Mənə hədiyyə gətirilən qoyunun 100 manatını kəsib Milli Məclisə gətirməliyəm? – Aqil Abbasdan etiraz

Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!

Turkustan.info xəbər verir ki, bunu parlamentdə millət vəkili Aqil Abbas deyib.

A.Abbasın bildirdiyinə görə, deyilir ki, parlamentin üç iclasına gəlməyəndə deputat mandatı ləğv edilir:

“Bəlkə valideynlərimi çağırıb töhmət verəsiniz? Bəyəm məni İntizam Komissiyası deputat seçmişdi?! Hələ 13 ildə  iclasa bir dəfə də gecikməmişəm. Necə deyərlər, dərsə vaxtında gələn tərbiyəli adamam. Deyirlər ki, 50 manatdan  artıq məbləğdə deputata hədiyyə verilərsə, o barədə İntizam Komissiyasına məlumat verməlidir. Sizə misal deyim. Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib: 

“Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəyəm”.   /oxu.az/

Paylaş: