Şb. Sen 21st, 2019

“Azərbaycan Mərkəzi Bankı kimə istəyir kredit verir, kimə istəmir vermir”

Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycanda 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, AMB-nın bu qərarı imitasiya xarakterlidir və kredit faizləri azalmayacaq:

“Mərkəzin Bank bu qərarı ilə demək istəyir ki, inflyasiya problemi yoxdur və kreditləşməni artırmaq istəyir. Bu qurum cari ilin əvvəlindən uçot dərəcəsini 15 faizdən 10 faizə qədər endirdi, amma kreditləşmə artmadı. Bu qərarla banklar daha aşağı faizli kreditlər təklif edə bilmədi”.

Ekspertin sözlərinə görə, buna səbəb AMB-nin elan etdiyi uçot dərəcəsinin faizinə uyğun banklara və bank olmayan kredit təşkilatlarına kredit verməmisidi: “Daha doğrusu Mərkəzi Bank bütün kommersiya banklarına kredit götürməsi üçün brəabər şərait yaratmayıb. Dünyada mərkəzi banklar krediti hərrac keçirməklə verirlər. Kredit istəyən bank da hərracda iştirak edir. Amma Azərbaycan Mərkəzi Bankı kimə istəyir kredit verir, kimə istəmir vermir. Hərrac olarsa, kreditləşmə şəffaf olacaq və banklar daha aşağı faizli kreditlər təklif edə biləcək”.

Paylaş: