Şb. Sen 21st, 2019

“Bunu edərək 2 il ərzində ən azı 100 xəstəni öldürdük”

Almaniyada ömürlük həbs cəzası çəkən keçmiş tibb işçisi Nils Hegel ən azı 100 pasiyentin qətlini etiraf edib.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, müttəhim cinayətləri 2003-cü ildən 2005-ci ilə qədər Delmenhorst və Oldenburq şəhərlərində törədib.

İstintaqın məlumatına görə, Hegel xəstələrə verilən dərman preparatlarının dozasını artırırdı və bu, onların ölümünə səbəb olurdu.

2017-ci ilin avqustunda Hegeli 84 pasiyentin qətlində ittiham ediblər. O həmin vaxt artıq 6 pasiyentin qətlinə görə cəza çəkirdi.

Paylaş: