Şb. Sen 21st, 2019

Dilqəm Əsgərov baba olacaq

Erməni girovluğundakı Dilqəm Əsgərov baba olacaq. Turkustan.info bildirir ki, bu barədə Modern.az-aonun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov sevinc və kədər hissini bir arada  yaşadığını qeyd edib:

“Bilmirəm sevinim, yoxsa kədərlənim. Zəng gəldi, ata olacağımı dedilər. Qəribəsi də budur ki, həmin gecə atamı yuxumda görmüşdüm.

Gördüm ki, atam girovluqdan qayıdır, Tərtər çayın keçir ki, evə gəlsin. İnşallah bu yuxumun çin olacağına inanıram. İnanıram ki, atama qovuşmağım yuxu yox, real olacaq”.

Girovun oğlu şad xəbəri növbəti məktubunda atasına yazacağını deyib.

Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: