Şb. Sen 21st, 2019

Gürcüstandan Rusiyaya gedən magistral yol bağlanır

Oktyabrın 30-da səhər saat 7:00-dan Gürcüstandan Rusiya sərhədinə gedən magistral yol bağlanacaq.

Turkustan.info xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, magistralın bağlanması Kazbek dağı ilə Qudauri kurortlarını birləşdirən kanat yolunun tikintisi ilə əlaqədardır. Bu gün inşaatçılar kanat yolunda montaj işləri görəcək və polad tros və kəmərləri bərkidəcəklər.

Beləliklə də, hərbi yol kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı bu gün saat 12:00-dək bütün növ avtomobillər üçün bağlanacaq.   /A24.Az/

 

Paylaş: