Şb. Sen 21st, 2019

Zatulin ermənidən artıq erməni olur: Qarabağ “çağırışı”

Əgər İrəvan ABŞ-ın tapşırığı ilə antiiran addımları atsa, özünə zərər vuracaq.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının erməni disporunun alətinə çevrilən deputatı Konstantin Zatulin deyib. Son səfərində sözü və mövqeyi bəlli, özü deşifrə olunduğundan, Paşinyanın adam yerinə qoyub görüşmədiyi Zatulin Ermənistanı “hədələyib”, İrəvanın “antiiran cəbhəsinə keçməsinin qarşılığının nə olacağını anladığını” bildirib.

O, Boltonun İrəvandakı Qarabağ açıqlamasına da toxunub.

“Biz hamımız Paşinyanın vəzifəyə gəlməsinin 100 günlüyündə etdiyi çıxışı eşitmişik. Mən xatırlayıram ki, o, Qarabağın taleyi haqqında qərarı xalq və “dqr” ilə məsləhətləşmədən verməyəcəyini deyirdi. Boltonun Qarabağla bağlı çıxışından görünür ki, konfliktlə bağlı qərar verən zaman Amerika administrasiyası Paşinyanın reytinqinə ümid edir”.

Zatulin həmçinin Paşinyan hökumətini dolayısı yolla xəbərdar edərək, bəzi populyar şəxslərin qeyri-populyar qərar qəbul etməklə öz reytinqlərini məhv etdiyini bildirib.    /Axar.az/

Paylaş: