Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi
Deputat, Xalq artisti Zeynəb Xanlarovunun oğlu Ramin Babayev yeni vəzifəyə təyin olunub.
Turkustan.info-nun əldə etdiyi məlumata görə, R.Babayev Energetika Nazirliyində yeni yaradılan agentliyin sədr müavini vəzifəsini icra edəcək.
R.Babayev vəzifəsinin icrasında 1 noyabr tarixindən başlayacaq.
Qeyd edək ki, Ramin Babayev əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb. Səbail rayon prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhər Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji Gömrük İdarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Baş Prokurorluqda Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru olub. 2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. /Cebhe.info/