Bz. Sen 22nd, 2019

Bakıda manyak saxlanıldı

Bakıda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Turkustan.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Nəsimi rayon sakini olan 33 yaşlı qadın polisə müraciət edərək bu barədə məlumat verib.

O bilidirib ki, qonşusu, 59 yaşlı kişi onun 5 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. İlkin araşdırmadan sonra həmin kişi saxlanılıb və Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

Paylaş: