Bz. Sen 22nd, 2019

Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinə yekun vuruldu

Oktyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinə yekun vuruldu.

Müsabiqənin məqsədi uşaqlara Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar milli kinonun tarixi, bu günü, gələcəyi haqqında məlumat vermək, eləcə də kinomuzun tarixində iz qoyan aktyorları tanıtmaqdır.

Qeyd edək ki, kiçikyaşlı oxucular “Sehirli xalat” filmini izlədikdən sonra, onlara film barədə inşa yazmaq tapşırılmışdı. Müsabiqədə Nihad Niftəliyev I yerə, Firuzə Zeynalova II yerə, İnal Əbdüləzimli və Hacı Ömər III yerə layiq görülərək Yasamal rayon MKS-inin Fəxri fərmanı ilə təltif olundular. Təltifolunma mərasimi Mərkəzi Kitabxanada keçirildi.

Paylaş: