Azərbaycanlı zəvvar Kərbəlada itkin düşdü – FOTO
Azərbaycanlı zəvvar İraqda itkin düşüb.
Turkustan.info-nun əldə etdiyi məlumata görə, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu Nəcəf-Kərbəla yolunda yoxa çıxıb.
İ.Əliyevin oktyabrın 27-də azərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşdüyü bildirilir.
Qeyd edək ki, itkin düşən azərbaycanlının əqli qüsuru olub.