Bz. Sen 22nd, 2019

“Bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır” – Deputat yeni TƏKLİFLƏR hazırlayır

Oktyabrın 30-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib.

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bildirib ki, Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salması müsbət hesab edir:

“O nöqteyi-nəzərdən ki, Azərbaycanda inflyasiya 3 faizin altındadır. Ona görə də tədricən uçot dərəcələrinin aşağı salınmasını müsbət qiymətləndirirəm. Amma Azərbaycan azsaylı ölkələrdən biridir ki, Mərkəzi Bankın uçot dərəcələrinin yuxarı və ya aşağı salmasının ölkədəki faiz dərəcələrinə heç bir təsiri yoxdur. Mərkəzi Bankın uçot dərəcələri aşağı olanda da bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır. Yuxarı olanda da. İqtisadiyyatın real sektoru ilə lazımı səviyyədə əlaqəsi yoxdur”. 

Deputat bank sektoru ilə bağlı yeni təkliflər layihəsi hazırladığını deyib:

“Neftdən kənar sahənin maliyyə təminatının dəstəkverici amilinə Azərbaycan banklarını çevirmək üçün tamamilə başqa bir fəlsəfənin üzərində işləyirəm. Əgər həmin sistem köklü surətdə dəyişsə, Azərbaycan bankları real sektora üz tutsa, eyni zamanda dollarla olan kreditlər problemi də insaflı şəkildə həll olunsa, o zaman Azərbaycanın maliyyə, bank sisteminin gələcəyi var. Ancaq sadaladığım məsələlər həll edilməsə, Azərbaycanda bank sektorunun yaxşı gələcəyi yoxdur”.

Paylaş: