Bz. Sen 22nd, 2019

Camal Kaşıkçının son səs yazısı üzə çıxdı — “Ağzımı bağlamayın, astma xəstəsiyəm”

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən və meyiti hələ də tapılmayan jurnalist Camal Kaşıkçı ilə bağlı yeni bir iddia ortaya atılıb.

Turkustan.info xəbər verir ki,  “Haberturk” agentliyinin jurnalisti Sevilay Yılman Kaşıkçı cinayəti ilə bağlı olaraq MKİ sədri Haspelin dinlədiyi iddia edilən səs yazısını nəzərdə tutaraq jurnalistin konsulluqdakı son sözlərinin “Etməyin, ağzımı bağlamayın” olduğunu yazıb.

İddiaya görə, Kaşıkçının son sözlərini MKİ sədri Haspel dinləyib. İstər türk, istərsə də dünya mətbuatı bununla bağlı bir çox detalları üzə çıxarıb. Məsələn, mərhumun boğularaq öldürülməsi və sonra da meyitinin parçalanması kimi.

Səs yazısında otaqdakılardan biri qəflətən əli ilə Kaşıkçının ağzını tutur. Jurnalist isə “Etməyin! Ağzımı bağlamayın, çünki astma xəstəsiyəm” deyir. Sonra qışqırıqlar kəsilir və jurnalist var gücü ilə müqavimət aparır. Otaqdakılardan birinə isə “Yaxşı boğ. Paketi yaxşı-yaxşı sıx” əmri verilir. Jurnalist boğulmamaq üçün 7 dəqiqə cəhd edir. Sonradan isə canilər onun öldüyünə əmin olduqdan sonra cansız meyitini yerə uzadırlar. Otaqdakılardan biri “Çox uzundur amma problem deyil, öhdəsindən gələrəm” deyir. Sonra isə Səudiyyə Ərəbistanından gətirilən və hələ də nə olduğu bilinməyən alətlə meyiti doğramağa başlayırlar. 20 dəqiqə sonra isə parçalanmış meyiti 5 bağlamaya yığırlar.

Türkiyə vaxtı ilə saat 15:00-da konsulluqdan çıxan qatillər əllərində Kaşıkçının meyiti olan çemodanlarla maşına minib yola çıxırlar.  /Ölkə.Az/

Paylaş: