Bz. Sen 22nd, 2019

Məmməd Arazın 85 illik yubileyi S.Vurğun adına Kiyev Şəhər Kitabxanasında qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatı dəstəyi ilə S.Vurğun adına Kiyev Şəhər Kitabxanasında Azərbaycan şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi təşkil olunmuşdur.

Tədbirin təşkilatçısı Marina Qonçaruk idi. Tədbirin tərəfdaşları Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev təşkilatı, İslam Mədəniyyət Mərkəzi, Boris Oleynik adına Ukrayna Mədəniyyət Fondu və “Саммит-книга” nəşriyyatı olmuşdur.

 Turkustan.info bildirir ki,Tanınmış yazıçılar, professorlar, tərcüməçilər, ictimai xadimlər, Azərbaycan Respublikası disporasının nümayəndələri tədbirin qonağı olmuşdur.

Yaradıcılıq gecəsinin qonaqları Ukraynanın Əməkdar artisti Boris Loqodanın ifasında M.Arazın şeirlərini dinlədilər. O, ifa etdiyi şeirlərə Ukrayna xalq aləti “sopilka”da musiqi kompozisiyaları yaratmışdır.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının S.Vurğun adına Kiyev Şəhər Kitabxanası ilə layihələri uğurla davam edir.

Paylaş: