Ç. Okt 16th, 2019

Qarabağ döyüşlərinin cəsur tankçısı – Əhməd Mehbalıyev

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli Əhməd Mehbalıyev haqqında məqalə yaradılıb.

MEK-dən bildiriblər ki, məqalədə qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumatlar əksini tapıb. Qeyd olunub ki, Əhməd Mehbalıyev Qarabağ müharibəsində Şuşanın müdafiəsi zamanı xeyli erməni tankını məhv edib. Bundan sonra o, taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. Əhməd Mehbalıyev 24 yaşında Ağdamın Qızıllı-Kəngərli kəndində texnika cəhətdən üstün olan erməni silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Əhməd Mehbalıyev yaşasaydı, 2018-ci ilin sentyabr ayının 1-də 50 yaşını qeyd edəcəkdir.

Məqalə ilə daha ətraflı bu linkdə

https://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_Mehbal%C4%B1yev?fbclid=IwAR2M5OJYJok2rYk6FGvNV8OaY1rkg2rTNUdNCAyh

Paylaş: