Bz. Sen 22nd, 2019

Saakaşvili əfv və vəzifə istəmədi, amma qayıdır…

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hazırkı prezidentdən əfv olunmağını istəməkdən imtina edib.

Turkustan.info xəbər verir ki, o, yaydığı bəyanatda heç bir cinayət törətmədiyini və öz haqlarını məhkəmədə müdafiə edəcəyini açıqlayıb.

Saakaşvili Gürcüstanda heç bir vəzifə istəmədiyini də deyib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökumətinin tələbi ilə Saakaşviliyə qarşı cinayət işi açılıb. 28 oktyabrda keçirilən prezident seçkisində müxalifətin dəstəklədiyi namizədin hökumətin namizədi ilə təxminən eyni səs yığması və seçkilərin ikinci tura qalması Saakaşvilinin qələbə qazanacağı və ölkəyə qayıdacağı təəssüratını yaradıb.  /Axar.az/

Paylaş: