19 Yanvar 2021 04:03

Tramp İranı sındırır-ABŞ prezidenti kəskin qərar verdi

“Dünyada neft və neft məhsullarının istehsalı kifayət qədərdir və bu, Birləşmiş Ştatlara İrandan bu növ məhsulları almamamğa imkan verir”

 ABŞ prezidenti Donald Tramp İran neftindən imtina etməyə icazə verən memorandum imzalayıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ağ Evin rəsmi saytında yerləşdirilib.

Prezident tərəfindən imzalanan memorandum Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Energetika Nazirliyinə ünvanlanıb. Sənəddə qeyd olunur ki, memorandum dünya neft bazarında aparılan “diqqətli analiz”in nəticələrinə əsasən hesablanıb.

Tramp vurğulayıb ki, dünyada neft və neft məhsullarının istehsalı kifayət qədərdir və bu, Birləşmiş Ştatlara İrandan bu növ məhsulları almamağa imkan verir.  /A24.Az/

Paylaş: