17 Yanvar 2021 13:33

Aİİ-də “İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2 noyabr 2018-ci il tarixdə “İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış” mövzusuna həsr olunmuş növbəti seminar keçirilib. 
Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Seminarı Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açaraq İnstitutda mütəmadi olaraq müxtəlif mövzularda keçirilən seminarların maarifləndirmə məqsədi daşıdığını və bu tədbirlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. O, Kvant fizikasının fiziki bir təlim olmaqla yanaşı, həm də fəlsəfə, teologiya və s. sahələrdə müzakirə obyektinə çevrildiyini xüsusi qeyd edib. 
Sonra Kembric Universitetinin doktorantı Murad İsmayılov “İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış” mövzusunda məruzə ilə çıxış edib. İslamda yuxular və onların dini inancımızdakı yerinin izah olunduğu məruzədə yuxu ilə bağlı mövcud nəzəriyyələr, xüsusilə də Ziqmund Freyd və Karl Qustav Yunqun konsepsiyaları təqdim edilib. M.İsmayılov Yunq konsepsiyası ilə İslamın yuxuya yanaşması arasında paralelləri təsvir edərək, bir tərəfdən, müasir yuxu elmi, digər tərəfdən isə İslamda nəzərdə tutulan yuxu növləri arasındakı əlaqədən danışıb. Kvant fizikasının mənşəyi barədə məlumat verən M.İsmayılov bu fizikanı klassik makrodünyadan ayıran bəzi əsas fərqləndirici xüsusiyyətlərə diqqət cəlb edib. Məruzəçi insan şüurunu anlamaq üçün Kvant fizikasının əsas qaydalarının tətbiq edilməsi ilə əlaqədar ortaya çıxan bəzi dəlillərə toxunub. Son zamanlar Kvant fizikasında aşkar edilmiş qanunları İslamın yuxu şərhinə yanaşması ilə əlaqələndirən məruzəçi bu fizikanın anlayışları ilə İslamda nəzər anlayışı arasında qurulan əlaqəni nəzərə çatdırıb.
Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.

Görüntünün olası içeriği: 2 kişi, iç mekan

Görüntünün olası içeriği: 12 kişi, ayakta duran insanlar

Paylaş: