24 Yanvar 2021 22:24

Badamdar daha sürüşmür? – Nazirliyin susqunluğunun arxasındakı SƏBƏB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Badamdar şosesində baş verən sürüşmə zonasındakı son vəziyyətlə bağlı verilən məlumatlar azalıb. 

Bu isə sürüşmə zonasındakı mövcud vəziyyətlə bağlı mübahisələri gündəmə gətirib.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi, Qərargah üzvü Əziz Qaralov Cebhe.info-ya açıqlamasında bildirib ki, ərazidə nisbi gərginlik qalmaqdadır:

“Hal-hazırda sürüşmə zonasında ciddi dəyişiklik olmadığı üçün daimi orada kiminsə dayanmasına ehtiyac yoxdur. Ona görə də səhər saat 10-da müşahidə aparılır və gün ərzində bir dəfə məlumat verilir. Əgər ciddi dəyişiklik hiss olunarsa, baxışların sayı artırılacaq”. 

Xatırladaq ki, Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) vəziyyət oktyabrın 12-də gecə saatlarında yenidən aktivləşmişdi.  

Paylaş: