25 Yanvar 2021 20:34

Bakı metrosunda baş verənlərin səbəbi məlum oldu

Bəxtiyar Məmmədov: “Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb”

 Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib. Buna səbəb qatarda yaranmış problem olub.

Turkustan.info bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlama verərək deyib ki, ləngiməyə səbəb Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: “Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb”.

“Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar, hiss edilməyib. Hal-hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir” – deyə qurumun sözçüsü əlavə edib.

 

Paylaş: