19 Yanvar 2021 22:51

Cəsədi ona görə parçaladılar ki… – Ərdoğanın müşavirindən SENSASİYALI QAŞIQÇI BƏYANATI

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – red.) müşaviri Yasin Aktay Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə əlaqədar açıqlamalar verib.

Turkustan.info “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, o, jurnalistin cəsədinin daha asan əridilməsi üçün parçalara ayrıldığını söyləyib.

“Qaşıqçının cəsədinin parçalandığı barədə məlumat bizdə var idi. Lakin hazırda görürük ki, cəsədi parçalara bölməklə kifayətlənməmişlər, onu əridərək yox ediblər. Cəsədi daha asan əritmək üçün parçalara ayırıblar. Məqsəd ondan heç bir iz buraxmamaq olub”, – müşavir deyib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzetinə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib. /Publika.az/

Paylaş: