25 Yanvar 2021 20:20

Metronun qarşısında sıxlıq: “Xəbərimiz var, amma məlumat verə bilmərik” – POLİS

“İçərişəhər” metrostansiyası qarşısında hazırda sıxlıq yaşanır. 

Turkustan.info bildirir ki, Cebhe.info-ya verilən məlumat görə, metronun qarşısındakı əraziyə çox sayda insan toplaşıb. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metrostansiyada heç bir hadisə baş verməyib. 

Səbail rayon Polis İdarəsindən  isə hadisədən xəbərdar olduqları və əməkdaşlarının ərazidə olduğunu bildirilib: “Hadisədən xəbərimiz var, ancaq bu barədə məlumat verə bilmərik”. 

Paylaş: