Nahid Emiloğlu dünyasını dəyişdi
Azərbaycanın tanınmış təşkilatçısı və prodüseri Nahid Emiloğlu vəfat edib.
Turkustan.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, prodüser uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Onun ölümü ilə bağlı şou-əhli sosial şəbəkədə başsağlığı verib.
Qeyd edək ki, prodüser 2014-cü ildə ürək əməliyyatı keçirib. Onun ürəyinə stent qoyulmuşdu.
Allah rəhmət eləsin!