26 Yanvar 2021 06:55

Qadınlar niyə kişilərdən çox danışır? – Azərbaycanlı psixoloq səbəbi açıqladı

“Qadınların toplaşdığı mühitdə güclü enerji axını olur və mövzu nədirsə, kimdirsə diskussiyada iştirak edən hər kəs öz enerjisindən istifadə edir”. 

Turkustan.info bildirir ki, Cebhe.info-ya bu sözləri psixoloq Sevinc Baxışova deyib. O bildirib ki, qadının danışmaq ehtiyacı daha çoxdur: 

“Mövzu və ya hansısa keyfiyyətlərin müzakirəsi birbaşa danışana və haqqında danışılana təsir edir, eyni istiqamətdə inkişaf etdirir. Qadının danışma ehtiyacı kişilərdən daha çoxdur və bunun üçün hər qadının bu ehtiyacı ödəyəcəyi, ancaq eyni zamanda müsbət bir tərəfə inkişaf edəcəyi mühiti olmalıdır”. 

Paylaş: