21 Yanvar 2021 19:40

Şahzadə öldürülən jurnalist haqqında: “Təhlükəli biri idi”

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı xəbər təsdiqlənməzdən əvvəl ABŞ rəsmiləri ilə danışaraq onun təhlükəli islamçı olduğunu deyib.

Turkustan.info  BBC-yə istinadla xəbər verir ki, ABŞ-a zəng edən şahzadə Camal Haşoqqinin təhlükəli biri olduğunu söyləyib.

Bu barədə məlumatı “The Washington Post” və “New York Times” yayıb.

Məlumatda bildirilir ki, milli təhlükəsizlik üzrə müşavir Con Boltonla telefonla danışan şahzadə Haşoqqinin “Müsəlman qardaşlar” təşkilatına üzv olduğunu bildirib, ABŞ-Səudiyyə əlaqələrinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Telefon danışığı oktyabr ayının 9-da baş tutub.

Səudiyyəli rəsmilər xəbəri təkzib edirlər.

Xatırladaq ki, “The Washington Post”da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 ay keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 18 nəfər həbs olunub.   /Cebhe.info/

Paylaş: