26 Yanvar 2021 06:31

Tiflis Saakaşvilini ölkəyə gətirmək istəyir? – Açıqlama

Mənə qarşı Avropada heç bir ekstradisiya proseduru həyata keçirilmir.

Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti onun ölkəyə dönüşünü istəmir:

“Ədliyyə naziri Teya Çulukiani dünən bəyan etdi ki, mən guya ekstradisiya prosedurundayam və mənim ekstradisiyam üçün hansısa sorğu göndərilib. Görürsünüz ki, mən dünyanın bir sıra ölkələrini ziyarət edirəm və heç bir ekstradisiya proseduruna məruz qalmıram. Üstəlik, Poroşenko mənim Gürcüstana ekstradisiyamı tələb edirdi, amma Gürcüstan hökuməti hər şeyi etdi ki, mənim ölkəyə girişim heç cür təmin edilməsin”.  /Axar.az/

Paylaş: