23 Yanvar 2021 18:42

Spikerlə deputat Zahid Oruca qarşı: “Çox danışırsan… Camaata dərs keçmə”

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar arasında gərginlik olub.

Turkustan.info xəbər verir ki, millət vəkili Zahid Oruc ölkədə alternativ cəzaların sayının artmaması ilə bağlı danışarkən həmkarı Yevda Abramov ona etiraz edib. Abramov Z. Orucun çox danışdığını deyib. Zahid Oruc isə “imkan verin, sözümüzü deyək, iclasa gəlmək istəmirsinizsə, gəlməyin” cavabını verib. 
Spiker Oqtay Əsədov da Zahid Oruca üz tutaraq “Camaata dərs keçmə, bir kəlmə dedin, uzatma” deyərək çıxışına davam etməsini tövsiyə edib.
Qeyd edək ki, bu, spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasındakı ilk dartışma deyil. Son aylara kimi iclaslarda spikerlə Z. Oruc arasında gərginlik yaşanırdı.   /BakuPost/

Paylaş: