20 Yanvar 2021 21:21

Cəbhədə təxribat, Bakının əks həmləsi və… – Nikolun qorxusu

Bu gün Ermənistanın daxili ictimai-siyasi həyatında növbədənkənar parlament seçkilərinə qədər Paşinyana ciddi mane ola biləcək bir qüvvə hələlik görünmür.

Turkustan.info bildirir ki, nu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın ikinci dəfə namizədliyi parlament tərəfindən təsdiqlənmədi:

“Paşinyanın aylardır gözlədiyi düyün açıldı. 9 dekabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ermənistanın daxili ictimai-siyasi həyatında yaşanan bu qırılma nöqtələri ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər etdi. Qondarma “dqr”ə səfər edən Minsk Qrupunun həmsədrləri arasında Rusiyanın nümayəndəsi iştirak etmirdi. Bu çox diqqətçəkən məqamdır. Bu səfərdən sonra Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Dağlıq Qarabağa gəldi”.

Politoloq vurğulayıb ki, Paşinyan Ermənistanda öz rəqiblərini əhəmiyyətli dərəcədə leqallaşdırdı və bir küncə sıxışdırdı:

“Qondarma rejimin rəhbərliyində Paşinyanın hakimiyyətə gəlməsini istəməyən qüvvələrin olması ehtimalı var. Bu qüvvələr Ermənistandakı müxalif siyasi qüvvələrlə əməkdaşlıq etsə, burada Paşinyanı zərbə altında qoyacaq əsas önəmli hadisə Dağlıq Qarabağda ermənilərin atəşkəs rejimini ciddi şəkildə pozaraq, cəbhənin hər hansı istiqamətindən hücuma keçmələri ola bilər. Bu da indiki dövrdə Paşinyan üçün ən arzuolunmaz bir hadisədir. Paşinyanın Dağlıq Qarabağa səfər etməsində əsas məqsəd orada qondarma rejim, siyasi cəbhə, eyni zamanda ordu generalları ilə məsləhətləşərək, bu gün Ermənistanda cərəyan edən hadisələrə münasibətlərini və siyasi görüşünü öyrənməkdir. Bu baxımdan Nikol Paşinyan hadisələri qabaqlamaq nöqteyi-nəzərindən Minsk Qrupunun həmsədrlərinin getməsindən dərhal sonra Qarabağa gəldi”.

Politoloqun sözlərinə görə, Qarabağ erməniləri cəbhə boyunca təmas xəttində atəşkəsi pozarsa, Azərbaycan Ordusu öz konstitusional və beynəlxalq hüququna görə, adekvat cavab verəcək və bu da Ermənistanda seçkiqabağa xaos yarada bilər.

Paylaş: