23 Yanvar 2021 17:47

Bakıda kafedə yanğın – Üç ölü…

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, hadisə Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib. 

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aşkar edilib.     /oxu.az/

Paylaş: