17 Yanvar 2021 10:58

Erməni nazirdən hərbi əsirlərin dəyişdirilməsinə MÜNASİBƏT

Ermənistan tərəfi əlində azərbaycanlı hərbi əsirlərin olduğunu təkzib edib. 

Turkustan.info xəbər verir ki, bunu Facbook səhifəsində müdafiə naziri Artsun Ovinnisyan yazıb. O bildirib ki, əgər Ermənistanda bir hərbi əsir olsaydı, onu dəyişərdilər.

“Doğrudur, Azərbaycan çoxdan bu rəqəmləri səsləndirir. Əgər Ermənistanda bir hərbi əsir olsaydı belə, biz əsirlərin dəyişdirilməsinə hazır olardıq. Qarabağın öz rəqəmləri var və düşünürəm ki, David Babayan (qondarma DQR “prezidentinin” mətbuat katibi) bununla bağlı daha dəqiq şərh verər”.

Xatırladaq ki, bundan əvvəl “İnterfaks-Azərbaycan” Azərbaycan tərəfinin əsirləri “hamıya hamı” prinsipi ilə dəyişdirilməsini təklif etdiyi yazmışdı. Məlumatlara görə, hazırda Azərbaycan tərəfdə Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan adlı 3 Ermənistan vətəndaşı, Ermənistan tərəfdə isə Dilqəm Əsgərov, Şahbaz Quliyev də Elnur Hüseynzadə var.   /Cebhe.info/

Paylaş: