23 Yanvar 2021 03:16

Evsiz hərbçilərə şad xəbər – 30 milyon manat ayrılacaq

2019-cu ilin dövlət büdcəsindən 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı 30 milyon manat vəsait ayrılacaq.
Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib.
Sənəddə həmçinin qeyd edilib ki, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ( ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla ) ödənilən pul kompensasiyası üzrə dövlət büdcəsindən 19,8 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Paylaş: